Ucnoqta.az
www.ucnoqta.az

Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb

12:13 - 10 May 2023 tarixində dərc olunub.

Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirləri Moskvada görüşür.

Ucnoqta.az xəbər verir ki, Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahianın Moskva görüşü başlayıb.

Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesinin başlanması regionda və bütövlükdə Yaxın Şərqdə vəziyyətə müsbət təsir göstərir.

Görüşdə Türkiyə-Suriya münasibətləri, terrorla mübarizə, Suriyada siyasi nizamlanması müzakirə olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası