Böyük Britaniyanın Liverpul şəhərində “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşları “Tell Me More” mahnısı ilə 12-ci nömrə altında çıxış ediblər. Təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar.
Finala Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri çıxıb.