Ucnoqta.az
www.ucnoqta.az

“Avroviziya” təmsilçilərimiz finala keçə bilmədilər

08:15 - 10 May 2023 tarixində dərc olunub.

Böyük Britaniyanın Liverpul şəhərində “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşları “Tell Me More” mahnısı ilə 12-ci nömrə altında çıxış ediblər. Təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar.

Finala Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri çıxıb.

Müəllif: Ucnoqta.az redaksiyası