"PSJ"nin və Argentina millisinin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanından rekord məbləğdə təklif alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə L'Équipe məlumat yayıb.
Məlumata görə, argentinalıya iki mövsüm üçün 600 milyon avroluq müqavilə təklif olunur. Messi üçün prioritet seçim Avropada oynamaqdır. Hücumçu "Barselona"ya qayıda bilər, lakin Kataloniya klubunun maliyyə problemləri səbəbindən bu keçid mümkün deyil.
Bundan əvvəl Messinin həyat yoldaşının Səudiyyə Ərəbistanına köçməyin əleyhinə olduğu bildirilirdi.