Mart ayında Qvineya körfəzində Konqo Respublikası sahillərində Monjasa Reformer tankerində dəniz quldurları tərəfindən əsir götürülən altı dənizçi azad edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə gəminin sahibi - Danimarkanın Monjasa şirkəti məlumat verib.
Məlumata görə, onların hamısı sağlamdır. Dənizçilərin azadlığa buraxılma şəraiti açıqlanmır.