Ucnoqta.az
www.ucnoqta.az

Dəniz quldurlarının əsir götürdüyü 6 dənizçi azad edilib

16:05 - 8 May 2023 tarixində dərc olunub.

Mart ayında Qvineya körfəzində Konqo Respublikası sahillərində Monjasa Reformer tankerində dəniz quldurları tərəfindən əsir götürülən altı dənizçi azad edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə gəminin sahibi - Danimarkanın Monjasa şirkəti məlumat verib.

Məlumata görə, onların hamısı sağlamdır. Dənizçilərin azadlığa buraxılma şəraiti açıqlanmır.

Müəllif: Ucnoqta.az redaksiyası