"PSJ" bu yay braziliyalı hücumçu Neymarı icarəyə verməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" qəzeti yazıb. Klubun idman direktoru Luis Kampos futbolçunun gedişinə etiraz etmir, lakin bu qərarı hücumçunun agenti Pini Zahavi və "PSJ"nin prezidenti Nasser Al-Xelaifi öhdəsinə buraxıb.
Parislilər heyəti gəncləşdirmək və fransız futbolçuların sayını artırmaq istiqamətində kurs keçmək niyyətindədirlər və Neymar bu strategiyaya uyğun gəlmir.
Xatırladaq ki, mayın 3-də "PSJ" azarkeşləri braziliyalı futbolçunun evini mühasirəyə almış və bundan əvvəl klub rəhbərliyinin qərargahı qarşısında hücumçunun ünvanına təhqiramiz şüarlar səsləndirmişdilər.
Evində olan Neymar sosial şəbəkələrdə "İnsanların sizi fırtınalarına sürükləməsinə imkan verməyin, onlara dinclik verin" paylaşımı ilə azarkeşlərin fəryadına reaksiya verib.