Bakıda bu yollarda tıxac var - Siyahı

08:28 - 4 May 2023 - Xəbər

Bakının bəzi küçə və prospektlərində tıxac müşahidə olunur.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hal-hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. "20 Yanvar" dairəsində;

4. Heydər Əliyev prospekti, "Koroğlu" metrostansiyasının qarşısı, mərkəz istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;

9. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti