Fransanın "Paris Saint-Germain" futbol klubunun "Ultras"ı braziliyalı hücumçu Neymarın evinin qarşısında etiraz aksiyası keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ParisienTimes Tvitter hesabında məlumat yayıb.
Məlumata görə, azarkeşlər Neymarın "PSJ"dəki çıxışından və onun işinə münasibətindən narazıdırlar.
Qeyd olunur ki, daha sonra azarkeşlər Fransanın paytaxtından komandanın ofisinə gedərək, orada braziliyalı hücumçunun satılması tələbi ilə aksiya keçiriblər.
Həmçinin, "PSJ" azarkeşləri Lionel Messi və Marko Verrattinin satılmasını tələb ediblər.