Bu gündən Azərbaycanda avtomobil sifarişi üçün texnoloji cəhətdən inkişaf etmiş yeni onlayn xidmət - Uklon istifadəyə verilib. Xidmət “Umico Bonus” loyallıq proqramı ilə strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
Həm sərnişinlərin, həm də sürücülərin istifadə rahatlığını təmin etmək üçün Uklon şirkəti iki mobil tədbiqini təklif edir. Sərnişinlər “Uklon”, sürücülər isə “Uklon Driver” tətbiqindən yararlanacaqlar.
“Uklon” mobil tədbiqi Umico bonus kartı ilə inteqrasiya olunub. Toplanılan Umico bonusları ilə gedişlərin ödənişlərini etmək mümkündür. Sərnişinlər nağd və ya kart vasitəsilə ödəniş etdikdə isə növbəti gediş üçün keşbek bonuslar qazanacaqlar.
“Uklon” Azərbaycandakı alternativlərindən fərqli olaraq istifadəçiləri bır sıra üstünlüklərlə təmin edir.
-Umico bonusları ilə ödəniş etmək;
-Gedişin qiymətini tənzimləmək.
Xüsusilə vurğulayaq ki, “Uklon” istifadəçiləri - həm sürücülər, həm də sərnişinlər gedişdən öncə səfərin son qiymətini biləcək və bu qiymət dəyişməyəcək.
Bundan əlavə, Uklon ilə ilk üç gedişə 35%-ə qədər endirim veriləcək.
Həmçinin, ilk gedişdə 4 AZN-dən çox olmamaq şərti ilə 100%-ə qədər kəşbek Umico bonusları ilə geri qaytarılacaq.
Xatırladaq ki, Umico Azərbaycanda aktiv şəkildə inkişaf edən və ölkədə innovativ rəqəmsal ekosistem qurmağa çalışan nüfuzlu onlayn platformadır. Hazırda Umico bazar və loyallıq sistemini birləşdirən, gəlirli alış-verişlər üçün kompleks tətbiqdir.
Azərbaycanda Umico ilə tərəfdaşlığa başlayan “Uklon” Ukraynanın müasir onlayn avtomobil sifarişi xidməti təqdim edən İT şirkətidir.
Xidmətlərimiz haqqında daha çox məlumat almaq və bizi daha yaxından tanımaq üçün: https://uklonapp.onelink.me/Ptvs/dqzgumqe