Astarada qətlə yetirilən şəxs müəllim olub ​​​​​​-  FOTO (YENİLƏNİB)

17:47 - 3 May 2023 - ÖLKƏ İÇİ

Astarada meyiti tapılan şəxslə bağlı bəzi məlumatlar açıqlanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib.

O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb.

Sakinlər mərhumun heç kimlə ədavətinin olmadığını bildiriblər.

Qeyd edək ki, Eynəli Əzizovun meyiti bu gün səhər Astarada Şümrüd kəndində meşə massivinə daxil olan ərazidə tapılıb. Onun balta ilə baş nahiyəsinin arxa hissəsinə vurulan zərbələrlə qətlə yetirildiyi deyilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

15:56

Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan bildirilib. Məlumata görə, mayın 3-ü Astarada meşəlik ərazidə 1969-cu il təvəllüdlü Astara rayon sakini Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Xəbər xətti