Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.
Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə kənd məktəblərin birində qeydə alınıb.
Belə ki, 10-cu sinif şağirdi oğlan 9-cu sinif şagirdi qızı evlənmək üçün qaçırıb.
Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.
Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazıda faktla bağlı araşdırma aparılır:
"Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedi".