“WhatsApp”ın tərtibatçıları çatlarda divar kağızı dəyişdirmək imkanına malik “Windows” üçün messencerin yeni beta versiyasını təqdim ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo nəşri məlumat yayıb.
Çatlarda fonu dəyişmək üçün Microsoft Store-dan "WhatsApp"ın 2.2316.2.0 versiyasını yükləməlisiniz. Quraşdırıldıqdan sonra parametrlərə getmək, "Fərdiləşdirmə" ni seçmək və mövcud 15 divar kağızı rəngindən birini tətbiq etmək lazımdır.
Hazırda funksiya əhəmiyyətli məhdudiyyətlərlə işləyir. Birincisi, seçilmiş fon rəngi avtomatik olaraq bütün söhbətlərə tətbiq olunur. İkincisi, WhatsApp fotoşəkilləri və digər fərdi şəkilləri divar kağızı kimi istifadə etməyə icazə vermir.
WABetaInfo yazır ki, hazırda 2.2316.2.0 versiyası yalnız məhdud sayda regionlarda yükləmək üçün əlçatandır.