ABŞ Ukraynanın qarşıdakı həftələrdə əks hücum planlaşdırdığını bilir
Ucnoqta.az xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ dövlət katibi Blinken deyib.
"Biz bilirik ki, ukraynalılar qarşıdakı həftələrdə əks-hücum etməyi planlaşdırırlar. Görək nə baş verəcək. Sonda onların döyüş meydanındakı uğurları ədalətli və davamlı sülh üçün danışıqlara aparan ən yaxşı və bəlkə də ən sürətli yoldur" - Blinken deyib.