Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna qarşıdakı həftələrdə əks hücum planlaşdırır - Blinken

21:12 - 2 May 2023 tarixində dərc olunub.

ABŞ Ukraynanın qarşıdakı həftələrdə əks hücum planlaşdırdığını bilir

Ucnoqta.az xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ dövlət katibi Blinken deyib.

"Biz bilirik ki, ukraynalılar qarşıdakı həftələrdə əks-hücum etməyi planlaşdırırlar. Görək nə baş verəcək. Sonda onların döyüş meydanındakı uğurları ədalətli və davamlı sülh üçün danışıqlara aparan ən yaxşı və bəlkə də ən sürətli yoldur" - Blinken deyib.

Müəllif: Ucnoqta.az redaksiyası