Fələstində altı yaşlı uşağı şir parçalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb. Məlumata görə, faciə uşağın ailəsi ilə birlikdə gəldiyi zooparkda baş verib.
Polis altı yaşlı Həməda İktietin ölümünü təsdiqləyib. Bildirilir ki, oğlan qəfəsə çox yaxınlaşanda şir onu dişləri ilə tutub. Uşağın təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq hasardan keçməyə çalışdığını da bildirilib. Lakin mərhumun ailəsi bunu təkzib edib.
Hazırda zoopark bağlanıb, araşdırmalar davam edir.