Bu məscidlərdə vakansiyalar var - SİYAHI

15:36 - 2 May 2023 - Cəmiyyət

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edilir.

Bu barədə Ucnoqta.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müsahibə aşağıdakı vakant vəzifələrin tutulması üçün elan edilib:

1. Səbail rayonu İçərişəhər "Cümə" məscidi - imam müavini;

2. Binəqədi rayonu "Heydər" məscidi - qadın dini ayinlərin icraçısı;

3. Nərimanov rayonu "Cümə" məscidi - imam müavini;

4. Nəsimi rayonu "Hacı Əjdərbəy" məscidi - qadın dini ayinlərin icraçısı;

5. Nəsimi rayonu "Məşədi Dadaş" məscidi - imam müavini;

6. Yasamal rayonu "Təzəpir" məscidi - qadın dini ayinlərin icraçısı;

7. Qaradağ rayonu Lökbatan qəsəbəsi "Rəsulullah" məscidi - imam müavini;

8. Qaradağ rayonu Qobustan qəsəbəsi "Şamlı" məscidi - imam müavini;

9. Şəmkir şəhəri "Cümə" məscidi - imam;

10. Şəmkir şəhəri Çinarlı qəsəbəsi "Hacı Xədicə" məscidi - imam müavini;

11. Şirvan şəhəri "Zeynalabidin" məscidi - imam;

12. Bərdə şəhəri "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı;

13. Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı;

14. Astara rayonu Kijəbə qəsəbəsi "Lovayın" məscidi - imam müavini;

15. Quba rayonu Zərdabi qəsəbə məscidi - imam müavini;

16. Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - imam müavini;

17. İmişli şəhəri "Cümə" məscidi - imam;

18. Gəncə şəhəri "Şah Abbas" məscidi - qadın dini ayinlərin icraçısı;

19. Gədəbəy rayonu Yeni yaşayış massivi "İlyas Həsənoğlu" məscidi - imam müavini.

Xəbər xətti