Kaliforniya yaxınlığındakı Big Bir City hava limanı yaxınlığında tək mühərrikli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC7 telekanalı məlumat yayıb.
Təyyarə yerli vaxtla saat 14:00 radələrində qəzaya uğrayıb. Təyyarədə olan üç nəfər ölüb.
Qəzanın təfərrüatları məlum deyil.