Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da sərnişin təyyarəsi qəzaya uğrayıb - 3 nəfər ölüb

07:30 - 2 May 2023 tarixində dərc olunub.

Kaliforniya yaxınlığındakı Big Bir City hava limanı yaxınlığında tək mühərrikli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC7 telekanalı məlumat yayıb.

Təyyarə yerli vaxtla saat 14:00 radələrində qəzaya uğrayıb. Təyyarədə olan üç nəfər ölüb.

Qəzanın təfərrüatları məlum deyil.

Müəllif: Ucnoqta.az redaksiyası