"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Braziliya millisi ilə danışıqlar aparması xəbərini təkzib edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə yazır.
“Saxta! Mən onlarla danışıqlar aparmamışam. Mən gələcəyimi müzakirə etmirəm və həmişə bu haqda danışmışam”, - Ançelotti bildirib.
Xatırladaq ki, DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında məğlub olan Braziliya millisi baş məşqçisiz qalıb.