Biləsuvarın İsmətli kənd sakini Elgün İbrahimov kiçik yaşlarından başlayaraq müxtəlif tullantılardan oyuncaqlar düzəldir.
Gözünü açıb yaşadığı kənddə müxtəlif kənd təsərrüfatı texnikalarını görən Elgün İbrahimov onların ən incə detalları ilə də yaxından tanış olub. Material kimi isə plastikdən, karton lövhələrdən, dəmir parçalarından, şprisdən və digər lazımsız əşyalardan istifadə edir.
Elgün İbrahimov oyuncaq texnikaları hazırladıqdan sonra onları rəngləyir. Bir vaxtlar şəxsi hobbi kimi yanaşdığı bu işə indi gəlir mənbəyi kimi yanaşır və oyuncaqların satışına nail olmaq istəyir.
Dediyinə görə, onun əl işlərini bəyənən uşaqlara isə düzəltdiyi texnikalardan hədiyyə verir və bununla da oyuncağı olmayan azyaşlıların sevgisini qazanır.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: