MAXE küçədə bıçaqlandı

16:05 - 1 May 2023 - HADİSƏ

Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Yevlax şəhərinin Nizami prospektində 1972-ci il təvəllüdlü Mayıl Həsənov Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Aqil Etibar oğlu Sadıqovu bıçaqlayıb. Döş qəfəsindən ağır xəsarət alan 29 yaşlı Aqil Sadıqov xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, bıçaqlanan şəxs hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdan artıq xidmət edən hərbi qulluqçudur. A.Sadıqov Vətən müharibəsində iştirakına görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti