Məşhur müğənni Beyons ABŞ vergi orqanları tərəfindən 2018 və 2019-cu illərdə 2,69 milyon dollar vergidən yayınmaqda ittiham olunub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Beyonsun 2018-ci il üçün 805.850 dollar, 2019-cu il üçün isə 1.442.747 dollar borcu olduğu bildirilir. Müğənni həmçinin iki illik 449 719,40 dollar cəriməni də ödəyə bilməyib.
Beyonsun vəkili bildirib ki, hazırda vergi xidməti ilə fəal işləyirlər və yaxın vaxtlarda bu məsələni həll edəcəklərini gözləyirlər. Müğənninin nümayəndələri 868 766 dolların xeyriyyə məqsədi ilə verildiyini iddia edirlər.
Qeyd edək ki, ötən il Forbes jurnalı Beyoncenin xalis sərvətini 450 milyon dollar qiymətləndirib.