"Barselona"nın keçmiş müdafiəçisi Dani Alves aprelin 17-də qızın zorlanması ilə bağlı məhkəmə qarşısında ifadə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Marca” yazıb.
“Mən onun hazırlığını rəqs etmə tərzindən, yanıma gəlməsindən, mövqelərimizi dəyişməmizdən gördüm. Mən ona dedim ki, hamısını hamama aparsın. Dedi ki, problem yoxdur. Ona dedim ki, birinci mən gedib içəridə onu gözləyəcəm. Mən ondan iki dəfə bunu bəyənib-bəyənmədiyini soruşdum və o, bəli dedi”, - Alves bildirib.
Xatırladaq ki, bir müddət əvvəl qadın polisə müraciət edərək dekabrın 30-da Alvesin Barselonanın gecə klublarından birində ona təcavüz etdiyini bildirmişdi. Futbolçunun cəzadan yayınmaq üçün İspaniyanı tərk edəcəyi ehtimalına görə nəzarətə götürülüb.