"Real Madrid"in hücumçusu Kərim Benzema İspaniya Futbol Çempionatı tarixində ən çox qol vuran dördüncü olub.
Ucnoqta.az xəbər verir ki, fransalı hücumçu 32-ci turun "Almeriya" ilə matçının ilk hissəsində het-trik edib. Benzema 5, 17 və 42-ci (penalti) dəqiqələrdə fərqlənib.
Hücumçu La Liqada Uqo Sançesi (234) qabaqlayaraq 236 qol vurub.
Benzemadan yalnız Telmo Sarra (252), Kriştiano Ronaldo (311) və Lionel Messi (474) irəlidədir.