Serb Respublikasının prezidenti dünyanın birinci tennisçisindən üzr istəyib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiya Bosniya və Herseqovina Respublikasının Prezidenti Milorad Dodik tennisçi Novak Cokoviçdən ailəsini təhqir etdiyinə görə üzr istəyib.
Dodik televiziya şousunda demişdi: “Cokoviçlər öz vətənlərində əsl əclafdırlar. Onlar bizneslə məşğul olanda əsl qaraçı olurlar”.
“Mən tək Novak Cokoviçin uğurlarına hörmət etməyə və onun ailəsinə hörmət etməyə davam edəcəyəm. Codje Cokoviçin (Novakın qardaşı) idarəçilik və liderlik keyfiyyətləri ilə tanış olduğum üçün şadam və builki turnirin Banja Lukada keçirildiyi üçün hələ də minnətdaram.
Sosial şəbəkələrdəki bu spekulyativ nümayiş Cokoviç ailəsinin üzvlərini incitdisə, üzr istəyirəm”, - Dodik üzr istəyib.