Dövlət Gömrük Komitəsinin əməkdaşları Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsində xidmətə başlayıb, müvafiq infrastruktur qurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntü yayılıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsində pasport yoxlanışı köşkü qoyulub.