Adnan Oktarın cinayət işində yeni xəbər - daha 23 nəfər ...

21:00 - 27 Aprel 2023 - Xəbər

Adnan Oktar istintaqı bütün sürətiylə davam edərkən, istintaq çərçivəsində yeni nüanslar aşkarlanıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən aparılan araşdırmalarda 23 şübhəlinin Adnan Oktar Cinayət Təşkilatı daxilində aktiv fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis qrupları tərəfindən aparılan araşdırmalarda şübhəlilərin sistematik olaraq sosial media hesablarından təşkilat adına təbliğat apardıqları, həmçinin təşkilata maddi-texniki dəstək verdiyi müəyyən edilib.

Davam edən iş üzrə şübhəlilərin dövlət məmurlarına böhtan atması ilə bağlı müxtəlif paylaşımlar etdikləri də müəyyən edilib.

 İstanbul, Samsun və İzmirdə həyata keçirilən əməliyyatlar zamanı barələrində həbs qərarı çıxarılan 23 şübhəlinin ünvanına eyni vaxtda reydlər keçirilib.

Reydlər zamanı Adnan Oktar Silahlı Cinayət Təşkilatı üzvü olan 15 şübhəli yaxalanıb, 4 şübhəlinin xaricdə olduğu müəyyən edilib.

Polis qruplarının təşkilata məxsus villalarda apardığı axtarışlar zamanı çoxlu sayda məktub və rəqəmsal materiallar ələ keçirilib. Şübhəlilər hələ də polis nəzarətindədir.

Xəbər xətti