22 yaşlı reper həbsxanada öldürüldü

20:31 - 27 Aprel 2023 - HADİSƏ

22 yaşlı reper MoneySign Suede həbsxanada öldürülüb.

Ucnoqta.az xəbər verir ki, TMZ məlumat verib. İstintaqın məlumatına görə, ifaçı boyun nahiyəsindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

Kaliforniya həbsxanasının əməkdaşları musiqiçini aprelin 25-i axşam duşda huşsuz vəziyyətdə tapıblar. Təhlükəsizlik qüvvələri həkimləri çağırsalar da, müğənnini xilas edə bilməyiblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

2022-ci ilin dekabrında MoneySign Suede qanunsuz silah saxlamağa görə həbs edilib və 32 ay həbs cəzasına məhkum edilmişdi. 

Xəbər xətti