Nəfəs yoluna alça düşən azyaşlı uşaq öldü

18:46 - 27 Aprel 2023 - HADİSƏ

Zaqatalada bədbəxt hadisə olub.

APA-nın məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 2020-ci il təvəllüdlü David Elməddin oğlu Bəşirovun yaşadığı ünvanda tənəffüs yolunda alça qalıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan 3 yaşlı D. Bəşirov yolda nəfəs çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti