“Bizi bura dəvət etdikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm”.
Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanmış türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama zamanı deyib.
20 yaşlı idmançı qazandığı medalı Azərbaycana həsr etməklə sözünü tutduğunu bildirib:
“Özümlə qürur duyuram. Türkiyə hər zaman dost və qardaşdır. Azərbaycan xalqını çox sevirəm. Federasiya prezidenti Talat Ünlüyə də təşəkkür edirəm. Onun sayəsində buraya gəlmişik. Mən medalımı Azərbaycana həsr etdim. Bunu mənim ağlıma gətirən də Talat Ünlü idi. Dostum Nazilə İsmayılovaya söz vermişdim. Sözümü tutduğum üçün sevinirəm”.