Roma Papası Ukraynanın Baş nazirini qəbul edib

15:04 - 27 Aprel 2023 - DÜNYA

Roma Papası Fransisk Vatikanda Ukraynanın Baş naziri Denis Şmıqalla görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

Nəşrin məlumatına görə, tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər. Ukrayna nümayəndəsi Müqəddəs Taxt-Tacın rəhbərinə Ukraynadan gətirilən buğda sünbülləri, bombardmandan sağ çıxan xoruz təsviri olan küp və ukraynalıların fotoşəkilləri olan albom hədiyyə edib.

Ukrayna baş naziri yenidən Roma Papasını Ukraynaya dəvət edib.

Xəbər xətti