Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən 7 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.