Yarışdan evə qayıdan London marafonçusu vəfat etdi

08:50 - 27 Aprel 2023 - HADİSƏ

Britaniyalı atlet Stiv Şenks məşhur London marafonunu qaçdıqdan sonra vətənə qayıdarkən dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə müsabiqənin mətbuat xidməti məlumat yayıb.

45 yaşlı Stiv bir çox marafonlarda qaçmış təcrübəli atlet idi. Bazar günü o, 2 saat 53 dəqiqə 26 saniyə nəticə ilə finişə çatıb.

Ölümün dəqiq səbəbi müəyyən edilməyib. Bu, yalnız tibbi müayinədən sonra məlum olacaq.

Xəbər xətti