"Bavariya" idarə heyətinin sədri Oliver Kahnı istefaya göndərmək niyyətindədir və artıq Almaniya millisinin əfsanəvi qapıçısının yerinə namizədlərin axtarışına başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Martin Volkmar sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, Kanın istefaya göndərilməsi qərarının təşəbbüskarı "Bavariya"nın direktorlar şurasının üzvü Uli Hoenes olub.
Kahnı əvəzləyəcək namizədlər arasında Frankfurt-am-Mayn “Ayntraxt”ında müvafiq vəzifədə çalışan Aksel Hellman da var.