Kür çayında naməlum insan meyiti tapılıb.
"Report" xəbər verir ki, meyit Kürün Yevlax rayonu ərazisindən keçən hissəsində aşkar edilib.
Hadisə yerinə Yevlax Rayon Prokurorluğu və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilir.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.