Xəzər rayonu Mərdəkan qəsəbəsində marketin seyfindən 2 min manat pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birindəki seyfdən 2 min manat pul, digər marketdən isə 60 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Daşqın Məmmədov müəyyən olunaraq saxlanılıb.
Xəzər RPİ-də araşdırma aparılır.