"PSJ"nin argentinalı hücumçusu Lionel Messi yeni müqavilə imzalayacağı təqdirdə Fransa klubunda daha yüksək maaş almaq istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Keçən il klub və futbolçu müqavilənin uzadılması şərtləri ilə bağlı şifahi razılığa gəliblər, lakin Messinin əsas kuboku qazandığı Qətərdə dünya çempionatı başa çatdıqdan sonra argentinalı gələcək maaşının artırılmasını istəyib.
Klub hücumçunun qalmasını istəyir, lakin onun maaşını artırmağı düşünməyə hazır deyil.