Saatlıda silah-sursat aşkarlanıb 

15:00 - 25 Aprel 2023 - Xəbər

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Hacıqasımlı kəndi ərazisində bir ədəd nömrəsi silinmiş “AKSU-74” markalı avtomat, bir ədəd qaytarıcı yay və bir ədəd patron darağı aşkarlanaraq götürülüb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti