Liviya Milli Ordusu qonşu ölkədə ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmalara görə Sudanla sərhədini bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Marsad” informasiya portalı Liviya Silahlı Qüvvələrinin Ali Komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, həmçinin Kufrə şəhərinə əlavə qüvvələr göndərib.
Ölkələr arasında dövlət sərhədinin uzunluğu 382 km-dir.