Ucnoqta.az
www.ucnoqta.az

Liviya ordusu Sudanla sərhədi bağlayıb

12:28 - 25 Aprel 2023 tarixində dərc olunub.

Liviya Milli Ordusu qonşu ölkədə ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmalara görə Sudanla sərhədini bağlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Marsad” informasiya portalı Liviya Silahlı Qüvvələrinin Ali Komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həmçinin Kufrə şəhərinə əlavə qüvvələr göndərib.

Ölkələr arasında dövlət sərhədinin uzunluğu 382 km-dir. 

Müəllif: Ucnoqta.az redaksiyası