Amerikalı konqresmendən Azərbaycana qarşı TƏXRİBAT

11:48 - 25 Aprel 2023 - Xəbər

Adam Şiff Konqresə Qarabağdakı qondarma qurumun müstəqilliyinin tanınması və Azərbaycanın "təcavüzünü" pisləyən qanun layihəsi təqdim edib.

Ucnoqta.az xəbər verir ki, ABŞ Konqresinin Erməni Problemləri Qrupunun sədr müavini Adam Şiff Nümayəndələr Palatasına qondarma qurumun müstəqilliyinin tanınmasına çağıran və Azərbaycanın Ermənistan və "Artsax" adlandırılan qondarma quruma qarşı təcavüzünü pisləyən qanun layihəsi təqdim edib.

Qeyd edək ki, Adam Şiff əvvəllər də Azərbaycana qarşı təxribatçı çıxışları ilə gündəmdə olub.

Xəbər xətti