Nazir polkovnik-leytenantı yeni vəzifəyə TƏYİN ETDİ

10:49 - 25 Aprel 2023 - Xəbər

Nərimanov Rayon Polis İdarəsinə yeni şöbə rəisi təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Samir Ələkbərov İdarədə Təhqiqat şöbəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, bundan əvvəl Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi olub.

Xəbər xətti