Biləsuvarda partlayışda xəsarət alanlardan ikisi Bakıya gətirildi

10:36 - 25 Aprel 2023 - Cəmiyyət

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbilə xəsarət alan 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-i kişi cinsi - 2013-cü il təvəllüdlü) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunublar.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"Tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətləri ağırdır", - deyə cavabda qeyd edilib.

Xəbər xətti