Ağır zədələnən Kadinin vəziyyəti açıqlandı

22:48 - 24 Aprel 2023 - İDMAN

"Krasnodar"ın baş məşqçisi Vladimir İviç Rusiya Premyer Liqasının 24-cü turunda bu gün "Spartak"la oyunda ciddi zədə alan futbolçusu Kadi Borgesin durumundan danışıb.

Qol.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:

"Kadi hazırda xəstəxanadadır. Bildiyimə görə, üz sümüyü sınıb. Əlavə məlumat gözləyirik".

Xatırladaq ki, oyun zamanı rəqib futbolçusu ilə toqquşan "Qarabağ"ın sabiq futbolçusu yerə yıxılaraq huşunu itirib. Dili qatlanan futbolçuya ilk yardımı rəqibin kapitanı Georgi Cikia edib.

Xəbər xətti