FHN Biləsuvarda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, FHN-in "112" qaynar xəttinə saat 19:20 radələrində rayonun Heydər Əliyev prospektində ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış olması barədə məlumat daxil olub.
Dərhal FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.
Əraziyə baxış zamanı mənzilin dam örtüyünün çökdüyü müəyyən edilib.
Hazırda nazirliyin qüvvələri tərəfindən əməliyyat davam etdirilir.