Bakıda avtomobillə motosiklet toqquşub, yolda sıxlıq yaranıb.
Bu barədə Ucnoqta.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bildirilib ki, hadisə paytaxtın Heydər Əliyev prospekti ilə üzü metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb.
Hazırda yolda böyük sıxlıq müşahidə olunur.