Lənkəranda qidadan zəhərlənənlərin kimlikləri məlum olub.
APA-nın məlumatına görə kütləvi zəhərlənənlərin 9 - u uşaq, 7 - si qadın və 1 nəfər kişidir.
Bunlar:
Cəfərov Rəşad Elşən oğlu - 2014
Cəfərova Dəniz Elşən qızı - 2015
Cəfərov Yusif Elşən oğlu - 2019
Ağayeva Bahar İsmət qızı - 2014
Ağayev Murad İsmət oğlu - 2013
Ağayeva Güldanə İslam qızı - 1995
Süleymanova Aygün Vəliağa qızı - 1989
Sülüymanov Zaman Zaur oğlu - 2014
Süleymanova Aysel Zaur - 2016
Cəfərova Jalə Rizvan qızı - 1995
Ağayeva Günel Vəliağa qızı - 1988
Ağayeva Əzizə Xudaverdi qızı - 1985
Hüseynova Zeynəb Əhməd qızı - 2010
Hüseynov Həmzə Əhməd oğlu - 2018
Ağayev Arzuman Vəliağa oğlu - 1976
Ağayeva Firuzə Canəli qızı - 1954
Ağazadə Şəfa Arzuman qızı - 2001
Qeyd edək ki, Lənkəran rayonunun Bəliton kəndində, ev şəraitində təşkil olunan Arzuman Ağayevin qızının nişan, eyni zamanda ad günü məclisinə 30 nəfərə yaxın qonaq dəvət olunub.
Qida qəbulundan sonra onlardan 17 nəfəri özlərini pis hiss ediblər və təcili tibbi yardım maşınları ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Artıq AQTA nümayəndələri həmən evdə olublar. Qida qalıqlarından nümunələr götürüb, laboratoriyaya göndəriblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
13:39
Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.
“Report”un məlumatına görə hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib. Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir.
Vəziyyətləri normaldır.
Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.