Füzuli rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan, ikimərtəbəli, 8 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın, sanitar qovşağın yanar konstruksiyaları 164 m² sahədə, 2-ci mərtəbənin və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.