Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Ucnoqta.az-a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Agstafa rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
21:43
Ağstafada bədbəxt hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, kömür sexində partlayış nəticəsində 2 nəfər ölüb.
Hadisə Vurğun qəsəbəsində qeydə alınıb.///apa